3 Dekabr 2023 00:10
753
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qəzza zolağında humanitar fasilənin pozulmasına görə günah 17 qadın və uşağı girovlardan azad etməkdən imtina edən Fələstinin HƏMAS radikal hərəkatındadır.

Teleqraf.com TASS-a istinadən xəbər verir ki, bunu İsrailin müdafiə naziri Yoav Qalant bildirib.

Onun sözlərinə görə, tərəflər arasında ABŞ, Qətər və Misir vasitəçilərinin iştirakı sayəsində əldə olunan atəşkəs razılaşması konkret şərtlər əsasında bağlanıb: HƏMAS oktyabrın 7-də əsir götürülən bütün qadın və uşaqları əsirlikdən azad etməlidir.

“Həmas bu razılaşmanı pozdu. O, oğurlanan 80 şəxsi təhvil verəndən sonra, bu, özlüyündə çox mühümdür, o, əlində olan geri qaytarmaqdan imtina edir”, - nazir bildirib.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər