11 Dekabr 2023 16:22
766
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna ordusu cəbhədə uğurlu əks-hücumlar həyata keçirir. Son həmlələr Rusiya qüvvələrinə Avdiv şəhəri yaxınlığındakı Stepov kəndinə tam nəzarəti ələ keçirməyə imkan verməyib.

Teleqraf.com xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat məlumatında deyilir.

Son bir həftə ərzində Avdiv cəbhədə ən gərgin döyüşlərin getdiyi sektor olaraq qalıb. Ukraynanın rəsmi məlumatlarına görə, gün ərzində bütün döyüş əməliyyatlarının 40 faizə qədəri bu kiçik sektorda keçirilib.

“Rusiyanın hücumları əsasən piyadaların, çox vaxt “Fırtına-Z” cəza dəstələrinin iştirakı ilə davam edir”, – Britaniya kəşfiyyatı bildirir.

Məlumatda o da qeyd olunur ki, Ukrayna bölmələri uğurlu əks-hücumlar keçirərək, Rusiya qüvvələrinin Stepov üzərində tam nəzarəti ələ keçirməsinə mane olub.

Stepov Rusiyaya Avdivin mühasirəsini iki qatına çıxarmaq və şəhərin güclü müdafiə olunan sənaye zonasını ələ keçirmək üçün lazımdır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər