İsrail Qəzza zolağında hərbi əməliyyatı genişləndirir.
Teleqraf.com xəbər verir ki, bu açıqlama ilə İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu çıxış edib.
“Biz Qəzza zolağında hərbi əməliyyatları genişləndiririk. HƏMAS üzərində tam qələbəyə qədər müharibəni davam etdirəcəyik", - deyə Baş nazir bəyan edib.
Netanyahunun sözlərinə görə, bu, girovları qaytarmağın, HƏMAS-ı məhv etməyin və Qəzzanın artıq İsrail üçün təhlükə olmamasını təmin etməyin yeganə yoludur. “Bu vaxt aparacaq, lakin biz birik və sona qədər mübarizə aparmaq əzmindəyik, - deyə o vurğulayıb.