27 Dekabr 2023 15:46
1 209
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistanın keçmiş baş naziri Navaz Şərif dördüncü müddətə namizədliyini irəli sürəcəyini və qarşıdan gələn parlament seçkilərində partiyanın namizədi olacağını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, üç dəfə baş nazir olmuş Şərif “korrupsiya ittihamı” ilə üzləşdiyi həbsdən yayınmaq üçün İngiltərədə dörd il mühacirətdən sonra oktyabrda Pakistana qayıdıb.

Qayıtmasından sonra apellyasiya şikayəti ilə hökm ləğv olunub və namizədliyini irəli sürmək hüququ əldə edib. Yeni parlament seçkiləri fevralın 8-də keçiriləcək.

“Heç bir şübhə yoxdur, Nəvaz Şərif baş nazirliyə namizədimizdir”, - Şərifin partiyasının nümayəndəsi Rəna Sənaulla Xan deyib.

Şərif 2017-ci ildə “korrupsiya ittihamı”na görə baş nazir postunu tərk edib. Bir il sonra Londonda dəbdəbəli mənzillər aldığına görə 10 il həbs cəzasına məhkum edilib. Həmin ilin dekabrında başqa bir ittihamla cəzasına 7 il də əlavə olunub.

Şərifin əsas rəqibi, sabiq baş nazir İmran Xan hazırda həbsdədir, amma namizədliyini irəli sürmək planını da açıqlayıb. Xan 2022-ci ildə ona etimadsızlıq səsverməsi səbəbindən vəzifəsindən uzaqlaşdırılıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər