Terrorçuların tökdükləri qan yerdə qalmayacaq.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“İçində olduğumuz əsrin millətin, dövlətin əsri olacağına heç bir şübhəm yoxdur. Bilməyinizi istəyirəm ki, mənfur terror aktları müqəddəs yürüşümüzü heç vaxt dayandıra bilməz. 12 övladımız şəhid oldu, Allah rəhmət eləsin. Bütün ailələrinə və millətimizə başsağlığı verirəm. 36 saat ərzində 54 terrorçu məhv edilib. Şəhidlərimizin qanı heç vaxt yerdə qalmayacaq”, - Türkiyə lideri bildirib.