28 Dekabr 2023 11:10
1 524
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İrəvan, Bakı və Moskvanın üçtərəfli razılaşmalarını ən yüksək səviyyədə həyata keçirməyi planlaşdırırıq".

Teleqraf.com xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

Nazir qeyd edib ki, Ermənistan ərazisində 102-ci Rusiya hərbi bazası ilə bağlı son müzakirələri zərərli hesab edirik:

"Onun orada yerləşdirilməsi haqqında saziş 1995-ci il martın 16-da olub. İlk növbədə milli maraqlara və dövlətlərimizin Cənubi Qafqazda sabitliyin möhkəmləndirilməsinə yönəlmiş ümumi məqsədinə əsaslanaraq bağlanıb. Hazırda ordumuz bu regionda sülhün təmin edilməsində əsas elementdir.

Son vaxtlar İrəvan NATO və onun ayrı-ayrı üzv ölkələri ilə əməkdaşlığı inkişaf etdirir. Bu il Ermənistan alyansla bir neçə tədbirdə iştirak edib. Silahlı qüvvələrini NATO standartlarına uyğun modernləşdirməyə davam edir. Hərbi respublikalar Şimali Atlantika blokunun bir sıra dövlətlərində təlim keçir. Bu, bizi narahat etməyə bilməz. Dəfələrlə erməni həmkarlarımızın diqqətinə çatdırmışıq ki, NATO-nun əsl məqsədi regionda öz mövqelərini möhkəmləndirməkdir. Bir sözlə "parçala və hökm sür" sxemi ilə manipulyasiyaya şərait yaratmaqdır. Ümid edirəm ki, İrəvan alyansla qarşılıqlı əlaqələrin dərinləşməsinin milli müdafiə və təhlükəsizlik sahəsində suverenliyin itirilməsinə səbəb olduğunu bilir”.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər