28 Dekabr 2023 14:41
1 537
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ilə NATO arasında gərginlik artarsa, Finlandiya zərər çəkəcək ilk ölkə olacaq.

Teleqraf.com xəbər verir ki, bunu Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov deyib.

Finlandiya onilliklər boyu bitərəf statusundan sonra bu il NATO-ya üzv olub. Bu, qonşu ölkəni Rusiya üçün düşmənə çevirib.

“Sakit və dinc yaşayırdılar, amma birdən-birə bu ittifaqın üzvləri olaraq Rusiya ilə NATO arasında qaldılar. Bizim qonşumuz olduğu üçün, Tanrı qorusun, hansısa bir gərginlik olarsa, birinci onlar əziyyət çəkəcəklər”, - Ulyanov bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər