29 Dekabr 2023 16:04
1 128
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin keçmiş baş naziri Naftali Bennett İranı “şər imperiya” adlandırıb.

Teleqraf.com xəbər verir ki, sabiq nazir molla rejiminin Yaxın Şərqdə HƏMAS, “Hizbullah” və digər terror təşkilatlarını maliyyələşdirdiyini deyib.

Bennetin sözlərinə görə, İranın dəstəklədiyi HƏMAS və “İslami Cihad” oktyabrın 7-də 1200 israillini öldürüb və Qəzza zolağında genişmiqyaslı müharibəyə səbəb olub. Eyni zamanda, o vaxtdan bəri “Hizbullah” Tehranın dəstəyi ilə İsrailin şimalındakı yaşayış məntəqələrinə 1000-dən çox raket atıb.

Bennet qeyd edib ki, İranın Yəməndə dəstəklədiyi “Ənsarallah” qruplaşması (Husilər) Süveyş kanalında gəmilərə hücum edir, onları ələ keçirirlər.

Keçmiş baş nazir vurğulayıb ki, İranın şər imperiyasıdır və dağıdılmalıdır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər