İsraildə bıçaq daşıdığı və israillilərə daş atdığı iddia edilən 14 yaşlı fələstinli qız uşağına iki aylıq həbs cəzası verilib. Bundan əlavə, yeniyetmə qız 1500 dollar məbləğində cərimə olunub.
Məsələyə münasibət bildirən Fələstin Əsirlər Cəmiyyəti uşaqların belə absurd bəhanələrlə həbsə atılmasının beynəlxalq insan haqları normaları ilə tam ziddiyyət təşkil etdiyini bəyan edib.
Teleqraf.com-un məlumatına görə,14 yaşlı Mələk əl-Hatib ötən ilin son günündə - dekabrın 31-i polis tərəfindən saxlanılıb.
Nail Cəlil