30 Dekabr 2023 12:08
4 863
12 Punto 14 Punto 16 Punto 18 Punto

Argentinanın BRİKS-ə üzv olmaq planı yeni Prezident Xavyer Miley tərəfindən dayandırılıb.

Teleqraf.com xəbər verir ki, o, bu qurumun üzvü olan Braziliya, Rusiya, Hindistan, Çin və CAR liderlərinə məktub göndərərək, əvvəlki hökumətin qəbul etdiyi qərarların nəzərdən keçirildiyini bildirib.

Özünün xarici siyasətinin əvvəlki hökumətdən fərqli olduğunu vurğulayan Mileyi məktubunda Argentinanın üzvlüyünü məqsədəuyğun hesab etmədiyini, amma BRİKS ölkələri ilə ticarət və investisiya sahələrində ikitərəfli əlaqələri gücləndirmək əzmində olduğunu yazıb.

Gələn ay BRİKS-ə qoşulmağa hazırlaşan Misir, İran, Efiopiya, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri ilə birlikdə Argentina da qrupa qəbul ediləcəkdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər