ABŞ prezidenti Barak Obama Konqresdəki ənənəvi illik çıxışında dünyada ksenofobiya əhval-ruhiyyəsinin artdığını söyləyib.
Teleqraf.com-un məlumatına görə, dövlət başçısı antisemitizmə və anti-İslam streotiplərinə qarşı olduğunu bildirib:
"Biz yenidən dünyanın müəyyən bölgələrində özünü göstərən iyrənc antisemitizmə qarşı çıxırıq. Biz əvvəlki kimi, müsəlmanlar haqqında təhqiredici stereotipləri rədd edirik".
ABŞ prezidenti söz və insan azadlığını himayə etdiyini xüsusi vurğulayıb: "Biz söz azadlığını müdafiə edirik, siyasi məhbusları müdafiə edirik, qadınların, dini azlıqların təqibini ittiham edirik".
Nail Cəlil