ABŞ-nin müdafiə naziri Lloyd Ostin planlı tibbi prosedurdan sonra ağırlaşmalarla xəstəxanaya yerləşdirilib.
Teleqraf.com xəbər verir ki, bu barədə xarici KİV departamentin mətbuat katibi Patrik Rayderin bəyanatına istinadən məlumat yayıb.
“Yanvarın 1-də axşam müdafiə naziri III Lloyd C. Ostin son planlı tibbi prosedurdan sonrakı ağırlaşmalar səbəbindən Valter Rid Milli Hərbi Tibb Mərkəzinə yerləşdirilib”, – məlumatda deyilib.
Pentaqon Ostinin sağalmağa doğru getdiyini və çox güman ki, şənbə günü işə qayıdacağını qeyd edib.