Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim partiyanın (AKP) İstanbul da daxil 12-si böyük şəhər olmaqla 28 vilayət üçün namizədlərini açıqlayacaq.
Teleqraf.com xəbər verir ki, dövlət başçısının yanvarın 15-də Ankaranı və qalan vilayətlər üzrə namizədlərin adlarını açıqlayacağı bildirilir.
Məlumata görə, dünən AKP tərəfindən namizədlikləri irəli sürüləcək şəxslər çağırılıb və bu barədə məlumat verilib.
Bu gün elan ediləcək 12 böyük şəhər aşağıdakılardır:
İstanbul, Muğla, Kocaəli, Ərzurum, Əskişəhir, Balıkəsir, Bursa, Aydın, Samsun, Mardin, Dənizli və Ordu.