“Tesla” və “SpaceX” şirkətlərinin sahibi İlon Mask “X” sosial şəbəkəsindəki səhifəsində narkotik vasitələrdən istifadə etməsi ilə bağlı məlumatları təkzib edib.
Teleqraf.com xəbər verir ki, iş adamı üçillik seçmə testlər onun bədənində qadağan olunmuş hər hansı bir maddənin, hətta alkoqolun izlərinin belə aşkarlanmadığını deyib.
Qeyd edək ki, İlon Mask narkotik maddələrdən, xüsusilə də LSD, kokain, ekstazi, göbələk və ketamindən istifadə etməkdə şübhəli bilinir.