10 Yanvar 10:17
867
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Ukraynanın Xarkov vilayətində bufer zona yaratmaq niyyətindədir. Bununla əlaqədar Belqorod vilayətindən genişmiqyaslı hücuma çağırışlar artıb.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.

Həmçinin ABŞ analitikləri deyirlər ki, Rusiya ordusu bu məqsədlə Xarkov vilayətində mühüm ərazini ələ keçirmək üçün yaxın vaxtlarda əməliyyat keçirə bilməyəcək.

ABŞ institutu yanvarın 9-da Kremlin sözçüsü Dmitri Peskovun Belqorod vilayətində Ukraynanın zərbələrinin qarşısını almaq üçün Rusiya ordusunun hər şeyi edəcəyi açıqlamasına diqqət çəkib. Bundan sonra Rusiya hərbi komandanlığı Ukraynanın yaylım atəşi sistemi və artilleriyasını Belqorodla sərhəddən uzaqlaşdırmaq üçün Xarkovda 15 km dərinliyə qədər bufer zona yaratmağa çağırılıb.

Hərbi mütəxəssislərə görə, 15 km dərinlikdə və bir neçə yüz km enində bufer zona yaratmaq genişmiqyaslı əməliyyat, bir o qədər də canlı qüvvə və resurs tələb edir.

ISW hesab edir ki, Rusiya ordusu yaxın həftələrdə Xarkovun Kupyan şəhərini ələ keçirmək üçün səyləri artıra bilər. Bu istiqamətdə sərhəd boyunca intensiv hücum əməliyyatlarının olacağı istisna edilmir.

Hazırda Rusiya hərbçiləri Xarkovda yalnız taktiki səviyyədə əməliyyat apara bilər. Bu isə hələlik Kupyan istiqamətində irimiqyaslı əməliyyatları istisna edir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər