İraqın paytaxtı Bağdadda intihar hücumu baş verib.
Teleqraf.com “Sabah” qəzetinə istinadən xəbər verir ki, hücum zamanı 9 dinc sakin həyatını itirib, 14-ü isə yaralanıb. Həkimlər bəzi yaralıların vəziyyətinin ağır olması səbəbindən ölü sayının artacağını istisna etməyiblər.
Hücumda məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib.
Samir