12 Yanvar 15:44
1 399
12 Punto 14 Punto 16 Punto 18 Punto

Britaniya hökuməti növbəti maliyyə ilində Ukraynaya hərbi maliyyəni 2.5 milyard funta çatdıracaq.

Teleqraf.com xəbər verir ki, bu barədə “Sky News”a Britaniya baş nazirin ofisindən məlumat verilib.

Britaniya 2024-25-ci illərdə Ukraynaya 2.5 milyard funt hərbi yardım göstərəcək, bu da əvvəlki iki illə müqayisədə 200 milyon artım deməkdir.

“Reuters” agentliyi də bildirib ki, Britaniya və Ukrayna arasında təhlükəsizlik sahəsində əməkdaşlıq haqda tarixi saziş imzalanacaq.

Baş nazirin ofisi vurğulayıb ki, əsas yardımlardan biri ayrı-ayrı ölkələrdən Ukraynaya ən böyük pilotsuz təyyarə tədarükü olacaq. Pilotsuz təyyarələrin əksəriyyəti Britaniyada istehsal olunacaq. Eyni zamanda, Britaniya Müdafiə Nazirliyi müdafiə üçün verilən pilotsuz təyyarələrin sayını ciddi şəkildə artırmaq üçün beynəlxalq tərəfdaşlarla işləyəcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər