17 Yanvar 16:38
1 955
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın mövcudluğu ukraynalılar üçün ölümcül təhlükədir. Təkcə indiki vəziyyəti, Bandera siyasi rejimini nəzərdə tutmuram, istənilən Ukraynadan danışıram.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev deyib.

Rusiya rəsmisi Ukraynanı “tarixi rus ərazisi” adlandırıb:

“Tarixi Rusiya ərazilərində müstəqil dövlətin olması hərbi əməliyyatların yenidən başlaması üçün daimi səbəbə çevriləcək”.

Medvedev hesab edir ki, Ukrayna müstəqil dövlət kimi qaldıqca müharibə ehtimalı həmişə yüksək olacaq:

“Bu səbəbdən yeni döyüş ehtimalı qeyri-müəyyən müddətə qalacaq. Demək olar ki, həmişə. Üstəlik, Qərbin Kiyevdəki marionet rejimlə hansı təhlükəsizlik sənədlərini imzalamasından asılı olmayaraq, yeni münaqişənin başlanması ehtimalı 100 faizdir. Buna nə Ukraynanın Avropa Birliyi ilə assosiasiyası, nə də bu süni ölkənin NATO-ya daxil olması mane olacaq. Bu, 10 və ya 50 ildən sonra baş verə bilər. Ona görə də Ukraynanın varlığı ukraynalılar üçün ölümcüldür”.

Rusiya rəsmisi ukraynalıları seçim etməyə çağırıb:

“Rusiya rəhbərliyinə nə qədər nifrət etsələr də, nə qədər əfsanəvi Avropa Birliyi və NATO-ya qoşulmağa can atsalar da, əbədi müharibə ilə qaçılmaz ölüm və həyat arasında seçim etsələr də, ukraynalıların böyük əksəriyyəti sonda həyatı seçəcək, bu, onların və yaxınlarının ölümündən yaxşıdır. Ukraynalılar bunu nə qədər tez başa düşsələr, bir o qədər yaxşıdır”.

Medvedev ona eyham vurub ki, Ukrayna üçün çıxış yolu Rusiya ilə birləşməkdir:

“Ukraynalılar anlayacaqlar ki, böyük ümumi dövlətdə həyat ölümdən yaxşıdır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər