Ərəb Dövlətləri Liqası İranın İraq Kürd Muxtariyyətinin paytaxtı Ərbilə endirdiyi zərbələri qınayır.
Teleqraf.com xəbər verir ki, bu sözləri Ərəb Liqasının baş katibi Əhməd Əbül Qeyt deyib.
“İranın İraq ərazilərini atəşə tutmasını qəti şəkildə rədd etdiyimizi və tamamilə pislədiyimizi vurğulamaq istəyirəm”, - Qeyt bildirib.
O qeyd edib ki, Ərəb Liqası ölkənin suverenliyi və təhlükəsizliyini qorumaq üçün gördüyü tədbirlərdə İraq hökuməti ilə həmrəydir.
İraqda baş verən son hadisələrlə əlaqədar bu gün Ərəb Liqası Şurasının nazirlər səviyyəsində növbədənkənar toplantısı keçirilib.