19 Yanvar 08:00
895
12 Punto 14 Punto 16 Punto 18 Punto

İlk Türk astronavt Alper Gezeravcı yanvarın 19-u Türkiyə saatı ilə saat 00:49 kosmosa yola salınıb.

Teleqraf.com xəbər verir ki, Alper Gezeravcının olduğu “Dragon” kapsulu “Falcon 9” daşıyıcı raket vasitəsi ilə NASA-nın Floridadakı Kennedi Kosmik Mərkəzindən Beynəlxalq Kosmik Stansiyaya göndərilib.

“Ax-3” heyətinə türk astronavtla yanaşı, ispaniyalı astronavt Michael Lopez-Alegria, İtaliya Hərbi Hava Qüvvələrinin pilotu Valter Villadei və Avropa Kosmik Agentliyi adından isveçli kosmonavt Markus Vandt daxildir.

Türk astronavt Beynəlxalq Kosmik Stansiyada 14 gün qalacaq və 13 fərqli elmi təcrübə aparacaq. Təcrübələrin inteqrasiyası və adaptasiya işləri Türkiyənin Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK), “Axiom Kosmos” və NASA ilə koordinasiyalı şəkildə aparılacaq.

Alper Gezeravcı Hərbi Hava Qüvvələri üzrə mühəndislik təhsili alıb. Türkiyə Hərbi Hava Qüvvələrində döyüş pilotu kimi xidmət edən polkovnikin bir çox təyyarədə 15 illik uçuş təcrübəsi var. O, həmçinin yeddi il “Türk Hava Yolları”nda kapitan pilot vəzifəsində çalışıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər