ABŞ-də kəskin hava şəraiti – qar, çovğun və şaxta səbəbindən 83 nəfərin öldüyü təsdiqlənib.
Teleqraf.com xəbər verir ki, bu barədə “CBS” News bildirib.
Bir həftə ərzində Tennessi ştatında 19 nəfər, Oreqonda 16 nəfər ölüb. İllinoys, Pensilvaniya, Missisipi, Vaşinqton, Kentukki, Viskonsin, Nyu-York və Nyu-Cersi ştatlarında da ölüm halları var.
Gələn həftənin əvvəlində də şaxtaların davam edəcəyi proqnozlaşdırılır.