ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan Çinin xarici işlər naziri Vanq Yiyə bildirib ki, iki ölkə arasında silahlı münaqişə qəbuledilməzdir.
Teleqraf.com "TASS"-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Sənəddə göstərilir ki, görüşdə Sallivan bildirib ki, ABŞ və Çin arasında rəqabət olduğu üçün hər iki ölkə onun münaqişə və ya qarşıdurmaya çevrilməsinin qarşısını almalıdır.
Tərəflər arasında qlobal və regional məsələlərə toxunulan səmimi, mənalı və konstruktiv söhbət aparıldığı vurğulanır. Onlar həmçinin Ukrayna böhranı, Yaxın Şərq, Cənubi Çin dənizi, eləcə də KXDR və Myanmadakı vəziyyəti müzakirə ediblər.