29 Yanvar 23:42
1 270
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Rusiya nümayəndələrinə ikinci qlobal “sülh sammiti”ndə iştirak etməyə icazə verib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenskinin ofisinin rəhbəri Andrey Yermak danışıb.

Onun sözlərinə görə, Kiyev belə bir ehtimalı nəzərdən keçirməyə hazırdır, lakin bundan əvvəl “baş plan” yaratmaq lazımdır.

“Biz hamını eşitməyə hazırıq. Bizim masa arxasında təkcə NATO ölkələrindən, Aİ-dən deyil, həm də Qlobal Cənub ölkələrindən olan tərəfdaşlarımız var”, - o qeyd edib


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər