Maliyyə böhranından çıxmaq üçün Avropa Birliyi (AB) iqtisadiyyatının sürətlə hərbi relsə keçirilməsi dünyada təhlükəsizliyə təhdid yaradır.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
Həmçinin rusiyalı diplomat hesab edir ki, AB tərəfindən təsdiqlənən 33 milyard avroluq yeni kredit Ukraynanın “borc quyusu”nu dərinləşdirəcək:
“Avropalı fermerlər kömək çağırışları edərkən, siyasi liderləri pəncərələrini bağlayaraq Kiyev rejiminə daha 50 milyard avro göndərmək qərarına gəlirlər. Ukraynanı Avropada “qara dəliyə” çevirən görünməmiş sistemli korrupsiyanı nəzərə alsaq, bu vəsaitlərin hara gedəcəyi bəllidir. Avropanın pullarını qaytarmaq ukraynalıların gələcək nəsillərinin öhdəsində olacaq, 33 milyard avro Kiyevə kredit şəklində veriləcək ki, bu da borc quyusunu daha da dərinləşdirəcək”.