7 Fevral 01:49
1 095
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Konqresi 2024-cü maliyyə ilində bu məqsədlər üçün əlavə ayırmalar haqqında qanun layihəsini qəbul etməsə, Amerika administrasiyası Ukraynaya əlavə hərbi yardım göstərə bilməyəcək.

Teleqraf.com xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlər üçün keçirilən növbəti onlayn brifinqdə bildirib.

“Ukraynaya dəstək üçün əlavə maliyyə olmasa, ABŞ ən azı birtərəfli qaydada hərbi yardım göstərməyə davam edə bilməyəcək”, - deyə o bildirib.

“Bizim əlavə maliyyə vəsaitimiz olmalıdır ki, hərbi yardım göstərməyə davam edə bilək”, - Kirbi vurğulayıb.

Eyni zamanda o, bəyan edib ki, Ukrayna Silahlı Qüvvələri ABŞ-dan tədarükün dayandırılması səbəbindən artıq sursat və silah çatışmazlığı ilə üzləşib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər