Gürcüstan parlamentinin plenar sessiyasında İrakli Kobaxidzenin baş nazir postunu tutacağı yeni hökumətə etimad səsverməsi keçirilib.
Teleqraf.com xəbər verir ki, parlament hökumətin yeni tərkibinə etimad göstərib. Səsvermədə 84 deputat nazirlər kabinetinin lehinə, 10 deputat əleyhinə çıxıb.
Gürcüstan qanunvericiliyinə görə, parlamentin hökumətə etimad göstərməsi üçün 76 deputatın dəstəyi kifayət edir.