Türkiyə 2024-cü ildə 60 milyon turist qəbul etməyi planlaşdırır.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Məqsədimiz 2024-cü ildə 60 milyon ziyarətçi qəbulu və turizmdən 60 milyard dollar gəlir əldə etməkdir”, - o bildirib.
Rəsmi məlumatlara görə, 2023-cü ildə Türkiyəyə 56,7 milyon turist səfər edib ki, bu da bir il əvvəlkindən 12 faiz çoxdur. Ötən il turizm gəlirləri 2022-ci illə müqayisədə 16,9 faiz artaraq 54,3 milyard dollar təşkil edib.