14 Fevral 16:43
977
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyanın şərqində Deyr əz-Zor vilayətində ərəb tayfaları ilə PKK/YPG terrorçuları arasında qarşıdurma baş verib.

Teleqraf.com xəbər verir ki, Deyr əz-Zorun Ziban qəsəbəsindəki ərəb qüvvələri təşkilatın yol-keçid məntəqələri və qərargahına hücum edib.

Hücum nəticəsində terrorçular arasında ölən və yaralananların olduğu bildirilir. Toqquşmalardan sonra PKK/YPG terrorçuları qəsəbədə “patrul xidməti”nə başlayaraq gəncləri saxlamağa cəhd göstəriblər.

Deyr əz-Zorda 7-18 yanvar tarixlərində də ərəblərlə PKK/YPG yaraqlıları arasında qarşıdurma baş verib.

Deyr əz-Zorun bəzi ərazilərində təşkilatın təzyiqi altında olan ərəb tayfaları ilə PKK/YPG 2023-cü ilin avqustundan bəri tez-tez üz-üzə gəlir.

Ərəblər 27 avqust-13 sentyabr tarixlərində keçirdikləri əməliyyatlarla Deyr əz-Zor, Raqqa, Hələb və Həsəkə əyalətlərində ümumilikdə 33 kəndi terrorçulardan təmizləyib. Amma ərəblər ABŞ-nin “vasitəçi” kimi PKK/YPG-nin xeyrinə araya girməsindən sonra kəndlərdən çəkiliblər.

Terror təşkilatının ABŞ ordusunun dəstəyi ilə “İŞİD-ə qarşı mübarizə” adı altında işğal etdiyi Deyr əz-Zor şəhərinin bütün əhalisi ərəblərdən ibarətdir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər