Yanvarın 26-da BMT Təhlükəsizlik Şurasında Ukrayna üzrə fövqəladə iclasın keçirilməsi planlaşdırılır.
Teleqraf.com-un İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə BMT-nin mənzil qərargahındakı diplomatik mənbə bildirib.
“Bəyanatın mətninə dair danışıqlar davam edir. Çox güman ki, Təhlükəsizlik Şurasının Ukraynadakı son hadisələr ilə əlaqədar iclas yanvarın 26-da baş tutacaq”, deyə mənbə bildirib.
Qeyd olunur ki, bəyanat layihəsini Böyük Britaniyanın nümayəndə heyəti irəli sürüb.