Yanvarın 17-dən 24-nə qədər aparılan hərbi əməliyyatlarda qanunsuz hərbi birləşmələrin və Ukraynanın şərqində vuruşan Rusiya ordusunun ümumi itkisi 805, yaralısı isə 405 nəfər olub.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə naziri Stepan Poltorak deyib. Nazirin sözlərinə görə, bir həftə müddətində düşmənin 23 tankı, 67 hərbi maşını, 18 reaktiv sistemi (Qrad), 21 topu və 23 nəqliyyat vasitəsi məhv edilib.
Qeyd edək ki, bu, Ukraynanın yanvarın 17-dən şiddətlənən müharibə ilə bağlı ilk ümumi açıqlamasıdır. Bundan əvvəl isə separatçı rejimin komandir müavini Eduard Basurin Ukrayna Silahlı Qüvvələrinin yanvarın 12-dən 23-nə qədər 752 əsgər, 59 tank, 51 PDM və BMP itirdiyini açıqlamışdı.