24 Fevral 13:10
4 352
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərbin yeni sanksiyaları təkcə hakimiyyət orqanlarına və ya biznes qurumlarına qarşı deyil, həmçinin Rusiyanın bütün əhalisinə qarşı yönəlib.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.

"Biz onların sonsuz məhdudiyyətlərinə və bununla yaşamağa öyrənmişik. Amma bu qadağalar artıq düşmənimizin danışmağı xoşladığı kimi ölkədəki hakimiyyətə və ya biznesə qarşı yönəlməyib. Onlar Rusiyanın bütün əhalisinə qarşı qəbul edilib. Səbəb aydındır - Rusiya vətəndaşları üçün nə qədər pisdirsə, Qərb dünyası üçün də bir o qədər yaxşıdır. Rusiya Qərbin sanksiyalarına cavab olaraq hər yerdə onlardan qisas almalıdır", - Medvedev vurğulayıb.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər