Prezident Vladimir Zelenskinin Ukrayna ordusunun itkiləri ilə bağlı açıqladığı rəqəm ABŞ-nin hesablamalarından kəskin fərqlənir.
Teleqraf.com xəbər verir ki, bu barədə “Nyu-York Tayms” məlumat yayıb.
Zelenskinin sözlərinə görə, Ukrayna 31 min hərbçi itirib. Amma ABŞ bu rəqəmin iki dəfə çox olduğunu təxmin edir. Vaşinqtonun məlumatına görə, müharibədə 70 minə yaxın ukraynalı hərbçi həlak olub, 100-120 min nəfər isə yaralanıb.
Eyni zamanda, nəşr yazır ki, Rusiya ordusunun itkiləri bundan iki dəfə çoxdur.