Türkiyənin Elazığ əyalətinin Palu rayonunda xrom mədəninin çökməsi nəticəsində 4 nəfər dağıntı altında qalıb.
Teleqraf.com-un məlumatına görə, hadisə yerinə xilasedicilər cəlb edilib.
Məlumata görə, dağıntı altında qalanlardan biri xilas olunub. Elazığ valisi Ömər Toraman digər üç nəfərin dağıntı altından çıxarılması üçün iş aparıldığını deyib.