26 Yanvar 2015 16:25
942
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ukrayna hakimiyyətinin addımları dinc əhali arasında yeni itkilərə aparır”.

Teleqraf.com BBC-ə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

O, Kiyevi Ukraynanın şərqindəki sülh prosesini pozmaqda ittiham edib: “Biz sülh prosesini pozmaq cəhdlərini və problemin həlli üçün güc tətbiqinin artmasını görürük”.

Sergey Lavrovun bəyanatı şənbə günü 30 nəfərin ölümü ilə nəticələnmiş Ukraynanın Mariupol şəhərinin atəşə tutulmasına Moskvanın ilk reaksiyası olub.

Lavrov deyib ki, Ukraynanın şərqində vəziyyətin kəskinləşməsi Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi üçün bəhanə kimi istifadə edilə bilər.

Samir


Müəllif: