26 Yanvar 2015 23:07
748
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniyada Yunanıstanın hərbi təyyarəsi qəzaya düşüb. Hadisə Lyanos şəhəri yaxınlığındakı hərbi bazada baş verib. Qəza nəticəsində Yunanıstan ona məxsus F-16 qırıcı təyyarəsini və 2 hərbi təyyarəçini itirib.

Teleqraf.com-un İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, pilotların 2-də həlak olub.

Qırıcının yerə düşməsi nəticəsində 10 nəfər xəsarət alıb. Qeyd olunur ki, havaya qalxarkən pilot idarəetməni itirib və anqara çırpılıb. Hazırda İspaniya Hərbi-Hava Qüvvələrinin bazası polis tərəfindən mühasirəyə alınıb.


Müəllif: