Birləşmiş Millətlər Təşkilatında ABŞ-ın Nümayəndəliyinin başçısı Samanta Pauer hesab edir ki, Rusiya Mariupolu tutmağı planlaşdırır. Çünki bu, Rusiyaya işğal edilmiş Krıma yol açmağa imkan verəcək.
Teleqraf.com-un məlumatına görə, o bu fikirləri Nyu-Yorkda BMT-ninTəhlükəsizlik Şurasının növbədənkənar toplantısı zamanı səsləndirib.
ABŞ-ın BMT-dəki səfiri qeyd edib ki, Rusiya üçün Ukrayna şəhərləri Mariupol və Debaltsevo Minsk razılaşmalarıyla uzlaşdırılmış bölünmə xəttini dəyişdirmək cəhdində strateji obyekt ola bilər:
" Niyə bu şəhərlər separatçılar və Rusiya üçün əhəmiyyətlidir? Mariupol - limandır, nəqliyyat imkanını artırır, həmçinin, quru yolu ilə qanunsuz işğal edilmiş Krıma giriş əldə etməyə şərait yaradır. Debaltsevo isə dəmir yolu qovşağıdır. Buna görə, bu strateji şəhərlər Rusiya üçün təsadüfi olmayan hədəfdir".
Nail Cəlil