18 Mart 16:54
882
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Koreya lideri Kim Çen Inın qızı Kim Ju-e-nin atasının varisi olma ehtimalı istisna oluna bilməz.

Teleqraf.com xəbər verir ki, bunu Cənubi Koreyanın Birləşmə Nazirliyinin sözçüsü Ku Byon Sam deyib.

Ölkə rəsmisi Şimali Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) Kimin qızıyla bölgələrə son səfərləri ilə bağlı xəbərlərini dəyərləndirib.

KCNA-nın bundan öncə Kim Ju-e-ni təqdim edərkən istifadə etdiyi ifadənin dəyişdiyinə diqqət çəkən Ku rəsmi materiallarda Kim Çen In və qızı üçün “rəhbərlik edən böyük insanlar” ifadəsinin işlədildiyini deyib.

Nazirliyin sözçüsü bu ifadənin Şimal Koreya liderləri təqdim olunarkən istifadə edildiyini vurğulayıb.

“Şimali Koreyanın rəsmi mediasında istifadə edilən ifadələr və protokol qaydalarına görə Kim Ju-e-nin varis olması ehtimalı istisna edilə bilməz”, - Ku Byon Sam söyləyib.

Şimali Koreya liderinin qızı Kim Ju-e 2022-ci ilin noyabrından bəri çoxsaylı hərbi tədbirlərdə iştirak edib.


Müəllif: Mənsur Rəğbətoğlu