18 Mart 16:38
638
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş krallığın monarxı III Çarlz səlahiyyətinin icrasını davam etdirir və xüsusi işləri ilə məşğuldur.

Teleqraf.com TASS-a istinadən xəbər verir ki, məlumatı Bukingem sarayı yayıb.

Qeyd edək ki, bir müddət əvvəl sarayın adından kralın vəfat etməsi barədə məlumat yayılmışdı.

***

16:06

Böyük Britaniya kralı III Çarlz 75 yaşında vəfat edib.

Teleqraf.com xəbər verir ki, məlumatı Bukingem sarayı yayıb.

O, 2023-cü il mayın 6-da rəsmən Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının kralı olub. Böyük Britaniyanın paytaxtı Londondakı Vestminster abbatlığında III Çarlzın tacqoyma mərasimi keçirilib.

Xatırladaq ki, III Çarlz Vestminster abbatlığında tacqoyma mərasimi keçirilən 40-cı monarx olub. İlk tacqoyma mərasimi 1066-cı ildə baş tutub.


Müəllif: Teleqraf.com