18 Mart 18:06
2 025
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstan və Türkiyə nümayəndə heyətləri Xəzər dənizində təhlükəsizliyin təmin edilməsi sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Teleqraf.com xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin açıqlamasında deyilir.

Nazir Çingiz Arinov paytaxt Astanada Türkiyə müdafiə nazirinin müavini Bilal Durdalının rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Xəzərdə təhlükəsizliyin təmin edilməsi, fövqəladə hallarla mübarizə sahəsində əməkdaşlıq qiymətləndirilib.

Türkiyənin mühüm və etibarlı tərəfdaş olduğunu bildirən Arinov gəmiqayırma sahəsində əməkdaşlığın ikitərəfli münasibətlərdə mühüm amil biləcəyini söyləyib.

Arinovun sözlərinə görə, Xəzər dənizinin Qazaxıstan hissəsində fövqəladə hallara operativ reaksiya verə biləcək peşəkar fövqəladə xilasetmə xidmətinin yaradılmasını nəzərdən keçirirlər.

Görüşdə Xəzər dənizində təhlükəsizliyin təmin edilməsi sahəsində qarşılıqlı əməkdaşlıq haqqında razılıq əldə olunub.


Müəllif: Mənsur Rəğbətoğlu