19 Mart 00:19
480
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanı Ramazan bayramı münasibətilə telefonla təbrik edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Vladimir Putin Rəcəb Tayyib Ərdoğanı və Türkiyədəki bütün müsəlmanları müqəddəs Ramazan ayı münasibətilə təbrik edib”, - məlumatda qeyd olunub.

Həmçinin Türkiyə lideri də Putini seçkilərdəki qələbəsinə görə təbrik edib.

Söhbət zamanı tərəflər müxtəlif sahələrdə dialoqun davam etdirilməsi barədə razılığa gəliblər.


Müəllif: Teleqraf.com