26 Mart 17:36
1 028
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müstəntiqlər “Crocus City Hall”da törədilən terror aktının detallarını diqqətlə araşdırır, müəyyənləşdirirlər.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Baş Prokurorluğun kollegiya iclasında bildirib.

“Son faciəvi hadisədən başlayacağam. Martın 22-də Moskva vilayətində törədilmiş qanlı terror aktı nəticəsində onlarla vətəndaşımız, o cümlədən uşaqlar, yeniyetmələr, qadınlar ölüb. Bu kütləvi qətli bilavasitə törədən cinayətkarlar həbs olunublar. Müstəntiqlər bu cinayətin başvermə şəraitini diqqətlə müəyyənləşdirir, onun təfərrüatlarını araşdırır, hər bir iştirakçının rolunu və təqsir dərəcəsini müəyyənləşdirir, kriminalistlərin və ekspertlərin rəylərini öyrənirlər”, - dövlət başçısı deyib.

Onun sözlərinə görə, hadisə ilə bağlı məlumatları Milli Antiterror Komitəsinin koordinasiyası ilə Federal Təhlükəsizlik Xidməti və digər kəşfiyyat orqanları da emal edirlər.


Müəllif: Teleqraf.com