26 Mart 17:59
423
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Crocus City Hall”da baş verən terror aktı zamanı Rusiya Xarici İşlər Nazirliyinin əməkdaşı da həlak olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

çərşənbə axşamı Crocus City Hall-da törədilən terror aktı nəticəsində bir əməkdaşın öldüyünü açıqlayıb.

““Crocus City Hall”da törədilmiş dəhşətli terror aktı nəticəsində Repina Tatyana Alekseevna faciəvi şəkildə dünyasını dəyişib. Onun parlaq xatirəsi qəlbimizdə əbədi qalacaq”, - deyə Rusiya XİN-in məlumatında deyilir.

2001-ci il mayın 18-də Moskvada anadan olan Repina 2021-ci ildə Rusiya Xarici İşlər Nazirliyində çalışırmış.


Müəllif: Teleqraf.com