27 Mart 15:06
967
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa Prezidenti Emmanuel Makronun Qərb qoşunlarının Ukraynaya göndərilməsi ilə bağlı açıqlamaları ABŞ rəsmilərini qəzəbləndirib. Amerikalılar belə bir addımın Rusiya ilə toqquşmaya səbəb olacağından narahatdırlar.

Teleqraf.com xəbər verir ki, bu barədə “Blumberq” rəsmi mənbələrə istinadla yazır.

Agentliyin həmsöhbətinin sözlərinə görə, Makron bu fikri Rusiya Prezidenti Vladimir Putini düşündürmək üçün dilə gətirib. Amma NATO-nun Ukraynayla bağlı müzakirələri ilə tanış olan rəsmilər bu sözlərin əks effekt verə biləcəyini deyirlər.

ABŞ rəsmisi “Bulberq”ə bildirib ki, Makronun mesajları hərbi təhlükəsizlik baxımından o qədər də məntiqli deyil. NATO üzvlərinin əksəriyyəti bu səbəbdən Fransa liderinə etiraz edib.

Agentliyin mənbələri söyləyirlər ki, bəzi Avropa Birliyi ölkələrinin liderləri Makronun bu işdə birinci olmasını gözləyirlər. Bəziləri də onun Rusiyaya qarşı “sərt mövqe”yini alqışlayırlar.


Müəllif: Mənsur Rəğbətoğlu