27 Mart 19:56
371
12 Punto 14 Punto 16 Punto 18 Punto

Leo Dokerti Böyük Britaniyanın yeni silahlı qüvvələr üzrə dövlət naziri təyin olunub.

Teleqraf.com xəbər verir ki, bu barədə Leo Dokerti "X" səhifəsində yazıb.

"Silahlı qüvvələr üzrə dövlət naziri kimi Müdafiə Qərargahına qayıtmaqdan və bu komandaya qoşulmaqdan məmnunam", - paylaşımda deyilir.

Qeyd edək ki, bundan əvvəl o, Avropa məsələləri üzrə dövlət naziri olub.


Müəllif: Teleqraf.com