28 Mart 10:10
831
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya lideri Vladimir Putinin müharibəni dayandırmağı planlaşdırdığına dair heç bir əlamət yoxdur.

Teleqraf.com xəbər verir ki, bunu Ukraynanın hakim “Xalqın Xidmətçisi” Partiyasının deputatı Roman Kostenko deyib.

Onun sözlərinə görə, Moskva növbəti hücuma hazırlaşır:

“Putinin dayanacağını görmürük. Gördüyümüz budur ki, ruslar öz hərbi-sənaye kompleksini inkişaf etdirirlər. İnkişaf öz zirvəsinə çata, imkanlarını daha da artıra bilər. Bu, Putinin mövcud sərhədlərdə dayanıb mövqe savaşı aparacağını göstərmir. Yeni orduların formalaşdığını görürük. Putin ən azı bütün cənuba, Donetsk və Luqansk vilayətlərinə fokuslanıb, Xarkovu da istisna etmirəm. Bu, Putin üçün minimum proqramdır, bu, faktdır”.

Kostenko vurğulayıb ki, Rusiya iqtisadiyyatı və tərəfdaşlarını növbəti hücum əməliyyatlarına hazırlayır:

“Müttəfiqləri Moskvanı gücləndirir. Onlar İran, Şimali Koreya və digər ölkələrdir. Rusların köməyi ilə çox vacib komponentlər, raketlər istehsal edirlər. Rusiyada raket istehsalı artıq müharibədən əvvəlki səviyyəni keçib”.


Müəllif: Mənsur Rəğbətoğlu