29 Mart 10:46
1 112
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Konqresinin Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin rəhbər heyəti bu gün Ankaraya gəlir.

Teleqraf.com xəbər verir ki, amerikalı konqresmenlər müdafiə naziri Yaşar Gülər​lə görüşəcəklər.

Türkiyə Müdafiə Nazirliyinin məlumatına görə, görüşdə ikitərəfli hərbi və müdafiə əlaqələri müzakirə olunacaq.

Masada terrorla mübarizə, ABŞ-nin PKK/YPG terror təşkilatına dəstəyi, Ankaraya F-16 qırıcılarının tədarükü və modernləşdirmə prosesi kimi mövzular da olacaq.

Nümayəndə heyətinin Ankaradakı yeganə təması Gülərlə olmayacaq, Türkiyə parlamentinin Müdafiə Komitəsinin sədri Hulusi Akarla da görüş nəzərdə tutulur.


Müəllif: Mənsur Rəğbətoğlu