İstanbulda Tacikistan və Qırğızıstan vətəndaşları olan iki nəfər İŞİD adından terror aktı hazırlamaqda şübhəli bilinərək saxlanılıb.
Teleqraf.com xəbər verir ku, bu barədə İHA agentliyi məlumat yayıb.
Onun sözlərinə görə, Türkiyə əks-kəşfiyyatı 37 yaşlı Tacikistan vətəndaşı Faşçıljon A. və Qırğızıstandan olan 41 yaşlı Zülfiyyə S.-nin saxlanılması üçün əməliyyat keçirmək qərarına gəlib.
Dindirilmə zamanı saxlanılan şəxslər zorakılıq aktı hazırladıqlarını etiraf ediblər.
Prokurorluğun qərarı ilə Tacikistan vətəndaşı həbs edilib, onun şəriki isə Türkiyədən çıxarılıb.
Türkiyə təhlükəsizlik qüvvələri demək olar ki, hər gün İŞİD-ə qarşı əməliyyatlar keçirir. Martın 31-də keçirilən yerli seçkilər günü respublikanın Daxili İşlər Nazirliyi İstanbul da daxil olmaqla, İslam Dövləti ilə əlaqədə şübhəli bilinən 51 nəfərin saxlandığını elan edib.