5 Aprel 21:59
2 005
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynadakı Rusiya hərbi qüvvələri hücumu dayandırmalı olacaq.

Teleqraf.com xəbər verir ki, bunu ukraynalı hərbi analitik, mayor Aleksey Hetman deyib.

Onun fikrincə, ordu durmadan hücum əməliyyatlarını davam etdirə bilməz.

“Hər gün ciddi itkilər verirlər, canlı qüvvə və texnikalarını itirirlər. Buna görə də istənilən halda ən azı taktiki rotasiya etmək üçün fasilə verməlidirlər. Yəni, heç olmasa, itkilərin yeri birtəhər doldurulmalıdır”, - Hetman bildirib.

Ukrayna Ərazi Müdafiə Qüvvələri batalyonunun kapitanı Aleksey Fandetskiyə görə, Rusiya üçün əsas hədəf Kiyev vilayəyi və eyniadla paytaxta nəzarəti ələ keçirməkdir. Onun sözlərinə görə, Rusiya bununla müharibənin bitəcəyini, Ukraynanın təslim olacağını düşünür.

Ukrayna Xarici Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri, ordu generalı Nikolay Malomuj deyib ki, əgər Rusiya ərazisindəki mühüm hərbi obyektlərə zərbələrin miqyası artırıla bilsə, o zaman hücumların qarşısı alınacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər