6 Aprel 10:26
1 821
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO baş katibi postuna namizədliyini irəli sürən Niderland Baş naziri Mark Rutte bəzi Şərqi Avropa ölkələrinin təzyiqi ilə üzləşib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Blumberq” rəsmi mənbələrə istinadla məlumat yayıb.

Agentliyə görə, Rutte məqsədinə nail olmaqçün Macarıstan, Rumıniya, Slovakiya və Türkiyədən namizədliyinə dəstək almalıdır. Bu ölkələr də Şərqi Avropanın NATO rəhbərliyində təmsilçiliyinin artırılmasının tərəfdarıdır.

Şərqi Avropa ölkələri özəl danışıqlar çərçivəsində Niderland baş naziri qarşısında alyans rəhbərliyində coğrafi təmsilçilik məsələsini qaldırıblar. Rutte bu ölkələrin nümayəndələrini əmin edib ki, bu məsələ onun baxış sahəsinə aiddir.

“Blumberq” yazır ki, Türkiyə bu məsələdə yeni baş katibin Avropa Birliyindən (AB) kənardakı NATO üzvlərinə qərəzli münasibət bəsləməməsini təmin etməyə çalışır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən ay Rutte ilə görüşdən sonra NATO-nun növbəti liderinin terrorla mübarizəyə daha ciddi yanaşmasını və AB-yə daxil olmayan müttəfiqlərin maraqlarını nəzərə almasını istədiyini açıqlamışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər