Türkiyənin müxalif İYİ Partiyasının sədri Meral Akşənər partiyanın qurultayında namizəd olmayacağını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə onun özü məlumat verib.
“2028-ci ilə gedən yolda marşrutumuzu müəyyən edəcəyimiz növbədənkənar qurultayımızda sədrliyə namizəd olmayacağımı bəyan edirəm”, - Akşənər bildirib.
İYİ Partiya martın 31-də keçirilən bələdiyyə seçkilərindən sonra erkən qurultay qərarı vermişdi.